Doğma torpaqlarımıza qayıtdığımız üçün çox sevinirik - Ağalı kəndinin sakini

18:00 09.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Doğma torpaqlarımıza qayıtdığımız üçün çox sevinirik. Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin!

Bunu AZƏRTAC-a müsahibəsində Zəngilan rayonunun Ağalı kəndinin sakini Kifayət Səlimova söyləyib.

“Torpaqlarımız üçün çox darıxırdıq. Nəhayət, otuz ildən sonra öz torpaqlarımıza geri qayıdırıq. Doğma yurduma geri döndüyümüz üçün çox sevinirəm”, - deyə kənd sakini qeyd edib.